Türkiyə ədliyyə naziri Əbdülhəmid Gül erməni terrorçu Ampiq Sasunyanın həbsdən azad edilməsi ilə bağlı amerikalı həmkarına məktub göndərib.
Teleqraf.com xəbər verir ki, nazir məktubda erməni terrorçunun azad edilməsini qınadığını bildirib.
“Bu, öz məqsədlərini həyata keçirmək üçün terror aktlarını vasitə kimi istifadə etmək istəyənlərə yanlış mesaj verəcək. Qərarın ciddi mənada xətalı olduğu düşüncəsindəyik. Sasunyan və onu istiqamətləndirən ideologiya hələ də özünü qoruyur və təhdid yaratmağa davam edir”, - Gül qeyd edib.
Qeyd edək ki, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Ampiq Sasunyan Kaliforniya məhkəməsinin qərarı ilə azad olunub.