Böyük Britaniyada son sutka ərzində 4618 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 258 438 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 52 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 125 516 nəfərə çatıb.