Belçikanın Lyej şəhərində dünən iğtişaşlarda iştirak etmiş 10 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.
Saxlanılanlardan 1-i yetkinlik yaşına çatmayan, qalanları 20-30 yaşlı şəxslərdir.
Qeyd edək ki, dünən Lyejdə 300 qədər şəxsin qatıldığı icazəsiz aksiya iğtişaşlara, talana yol açıb, polis təzyiqli su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar zamanı 36 polis əməkdaşı yaralanıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib.