15 Mart 2021 13:03
2 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis və hərbi qüvvələr Myanmanın bir çox bölgəsində keçirilən etiraz aksiyalarına həqiqi güllələrdən istifadə edərək müdaxilə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) açıqlama yayıb.

Məlumata görə, bir gündə ən azı 38 nümayişçi vurularaq öldürülüb.

Hakimiyyəti ələ keçirən hərbi xunta Yanqondakı etirazları dağıtmaq üçün şəhərə ən az 500 hərbçi göndərib.

Əsgərlərin silahsız etirazçıları dağıtmaq üçün partizan taktikasından istifadə etdiyi bildirilib: “İnsanları mühasirəyə alırlar, hər kəsə atəş açırlar. Bu səbəbdən də çox sayda itki var”.

Fevralın 1-dəki çevrilişdən bəri ölkədə ən qanlı gün olub.

Digər tərəfdən, çevrilişdə tutulan Myanma xarici işlər naziri və ölkənin faktiki lideri Aun San Suu Çiinin bu gün yenidən hərbi məhkəmə qarşısına çıxarılması gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər