“Şimali Amerika və Avropa öz əhatə dairəsini genişləndirən beynəlxalq terrorizm, Rusiya və Çinə qarşı birlikdə olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O, Türkiyə ilə bağlı suallara da cavab verib.
Stoltenberq Aralıq dənizinin şərqindəki vəziyyət və Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemləri alması ətrafında yaranmış durumdan ciddi narahat olduqlarını bildirib.
O, son zamanlarda NATO müttəfiqləri arasında fikir ayrılıqlarının yarandığına da diqqət çəkib: “NATO bu kimi məsələləri müzakirə etmək üçün önəmli bir platformadır”.
Stoltenberq Türkiyə və Yunanıstan arasındakı gərginliyi azaltmaq üçün NATO-da bir mexanizmin qurulduğunu, eyni zamanda, ölkələrin ikitərəfli görüşlərə başladığını deyib.