ABŞ Müdafiə naziri Çak Heygel dünən ukraynalı həmkarı Stepan Poltoraka zəng edərək, ABŞ-ın Kiyevə hərbi yardım məsələsini müzakirə edib.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Heygel Poltorakla ABŞ-ın Ukraynanın müdafiə ehtiyacları üçün təhlükəsizlik sahəsində edəcəyi yardımın növlərini müzakirə edib”, - deyə məlumatda bildirilir.
Hərbi nazirlər həmçinin Rusiya və separatçıları atəşkəs haqqında Minsk razıılaşmasına riayət etməyə çağırıblar.
ABŞ Ukraynaya çoxmilyonlu hərbi yardım verir, lakin bildirir ki, silah təchizatı barədə hələ qərar qəbul edilməyib.