Türkiyə İstanbul Konvensiyasından çıxıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı müvafiq qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qərarda bildirilib: “Türkiyə Cümhuriyyəti adından 11.05.2011 tarixində imzalanmış, Nazirlər Kabinetinin 10.02.2012 tarixli və 2012/2816 saylı qərarı ilə təsdiq edilmiş “Qadına Şiddət və Məişət Zorakılığının qarşısının alınması və bunlarla mübarizəyə dair Avropa Şurası Konvensiyası”nın Türkiyə baxımından ləğvinə qərar verilib”.