Rusiyanın Liviyadakı “Vaqner” qrupunun muzdlularının Sirtə və Cufra arasında sədd qurmağa başladığı müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələri məlumat yayıb.
Açıqlamada bu durumun 48 saat əvvəl aşkarlandığı deyilib. Bu addımın 2020-ci ilin oktyabrında Cenevrədə imzalanan atəşkəs razılaşmasına zidd olduğu vurğulanıb.
Liviya hökuməti bundan əvvəl Sirtə və Misrata arasındakı sahil yolunun 2 həftə içində açılacağını və yolun açılmasından sonra Sirtə və Cufradakı muzdluların çıxarılmasına başlanılacağını bildirmişdi.