22 Mart 2021 11:55
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ tərəfindən sanksiya risklərini azaltmaq üçün milli və ya alternativ valyutaya keçmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Çin mətbuatına açıqlamasında deyib.

“Qərbin nəzarət etdiyi beynəlxalq ödəmə sistemlərinin istifadəsindən uzaqlaşmalıyıq”, - diplomat bildirib.

Lavrov Rusiya və Çinin müstəqilliyinin gücləndirməsinin vacib olduğunu söyləyib: “Biz görürük ki, ABŞ həm Rusiya, həm də Çinin texnoloji inkişaf imkanlarını məhdudlaşdırmağa çalışır”.

Lavrov həyatın hər iki dövləti Qərb şıltaqlıqlarından asılı olmayacaq şəkildə iqtisadi və sosial inkişaf xətti qurmağa məcbur etdiyini söyləyib.

Rusiyanın baş diplomatı hər iki dövlətin ABŞ dollarından imtina etməsinin vacibliyinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər