Dünyada COVID-19-a yoluxanların sayı 124,5 milyon nəfəri ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 124 535 520 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 738 876 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 575 191 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 10 424 pasiyent təhlükəli infeksiyadan ölüb.
Son 24 saat ərzində infeksiyaya yoluxanların 44 faizindən çoxu Avropanın (256 686), daha sonra Şimali və Cənubi Amerika (191 246), ardından isə Cənub-Şərqi Asiyada (62 949) qeydə alınıb.
ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.