Misir hökuməti hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Məhəmməd Mursi dövründə Türkiyə ilə imzalanan ticarət sazişini ləğv etdiyini açıqlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Misir nəqliyyat nazirinin sözçüsü Əhməd Əmin bildirib. O türk gəmilərinin Misir torpaqlarından və dəniz sularından istifadəsinə icazə verən müqavilənin Misirin milli iqtisadiyyatına böyük zərər verdiyini iddia edib.
Əmin hökumətdə aparılan müzakirələr zamanı mart ayında müddəti başa çatacaq müqavilənin uzadılmasının mümkünsüzlüyü ilə bağlı razılığa gəldiklərini deyib.
Xatırladaq ki, Mursinin devrilməsindən sonra Türkiyə ilə Misir arasında münasibətlər gərginləşib.
Samir