“Rusiya Prezidenti Vladimir Putinin Qarabağdakı müharibəyə son qoyulmasındakı şəxsi rolunu xatırlamaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan, əla və etibarlı münasibətlərimiz var. Bu münasibətlərin qarşılıqlı fayda verən çox cəhətləri mövcuddur. Ermənistanla da tarixən yaxşı əlaqələrimiz var. Bizə xeyli fayda verən çox sayda inteqrasiya prosesi var. Yəqin ki, Putinin müharibənin dayandırılmasındakı şəxsi rolu hər kəs tərəfindən xatırlanmalıdır”, - Peskov qeyd edib.