Rəsmi Afina Türkiyənin etirazına baxmayaraq İsraildən sonra Qahirə ilə razılaşma imzalamağı panlaşdırır.
Teleqraf.com xəbər verir ki, artıq Yunanıstan Misirlə dəniz altından elektrik xəttinin inşası üçün hərəkətə keçib.
İki dövlətin energetka nazirləri dünən apardıqları müzakirə zamanı elektrik xəttinin insası üçün niyyət anlaşması əldə edib.
Avropa Birliyinin razılığq alan Yunanıstan İsrail və Cənubi Kipr Respublikası ilə dəniz altından elektrik xəttibn çəkilməsi üçün martın 8-də razılaşma imzalayıb.
Türkiyə isə layihənin marşurutunun qitə şelfindən keçdiyindən Yunanıstan, İsrail və Avropa Birliyinə nota verib.
Məlum olub ki, Afina Şərqi Aralıq dənizində istəklərinin baş tutmamasında xüsusi rol oynayan Liviya ilə əlaqələrini düzəltməyə çalışır. Bir mərhələ Liviyada qiyamçı Haftara dəstək verən Yunanıstan Baş naziri Kiriakos Miçotakis indi müvəqqəti hökumətə yaxınlaşır. Yunan baş nazirinin bu həftə Tripoliyə səfər edəcəyi və Liviya Baş naziri Əbdülhmid Bibeydə ilə görüşəcəyi məlum olub. Səfər zamanı 10 ilə yaxındır ki, bağlı olan Yunanıstan səfirliyinin yenidən açılması planlaşdırılır.