29 Oktyabr 2014 00:27
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd silahlı qruplaşmaları şəhəri İŞİD-in mühasirəsindən qurtarmaq üçün Kobaniyə axışmaqda davam edir. Bu gün onlarla peşmərgə döyüşçüsü İraqda Kürdüstan muxtariyyatı təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Suriyanın Kobani şəhərinə gediblər.

Teleqraf.com-un “Reuters”ə istinadən məlumatına görə, İŞİD-in silahlı qruplaşmaları şəhərin mərkəzindən kənara sıxışdırılsa da, Kobanini mühasirədə saxlamaqda davam edirlər. Ötən həftə daha 150 peşmərgə Kobaninin müdafiəsini təşkil edən qüvvələrə qoşulub.

İndiyədək Kobani ətrafında davam edən döyüşlərdə 800-dən çox insan həlak olub. Əsasən Suriya kürdlərindən ibarət 200 mindən çox insan İŞİD-dən qaçaraq Türkiyə sərhədini keçiblər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər