“Donbasdan hücum əməliyyatı olacağı təqdirdə Rusiya görünməmiş cavab alacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı jurnalist və teleaparıcı Dmitri Qordon “Ukrayna 24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, hadisələrin belə inkişafı mümkün deyil, çünki Moskvada Ukraynaya müharibə açmağın nəticələrini başa düşən axmaqlar yoxdur:
“Düşünürəm ki, tabutlar Rusiyaya göndərilməyə başlasa, Putin xalqına bunun səbəblərini izah etməli olacaq. Bu halda nə deyəcək, hansı izahı verəcək?!”
Jurnalist hesab edir ki, hadisələrin bu cür inkişafına adekvat olaraq, NATO ölkələri dərhal hərəkətlərə keçəcəklər.