Tunisin “Telnet” şirkətinin ölkənin paytaxtında yerləşən mənzil-qərargahında kosmosa ilk dəfə uçan kosmonavt Yuri Qaqarinin büstü ucaldılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Tunisdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Heykəltəraş Aleksey Leonovun hazırladığı bürünc büst Rusiyanın Tunisdəki səfirliyinin köməyi ilə “Mədəniyyətlərin dialoqu – Vahid dünya” beynəlxalq xeyriyyə fondu tərəfindən şirkətə hədiyyə edilib.
Rusiyanın Tunisdəki səfiri Sergey Nikolayevin sözlərinə görə, büst ikitərəfli əməkdaşlığın artan tempinin simvolu olacaq. Səfir “Telnet”in “Skolkovo” mərkəzində filial açan ilk Afrika və ərəb şirkəti olduğunu xatırladıb.
Martın 22-də “Baykonur”dan “Soyuz-2.1a” raket daşıyıcısı ilə Tunisin ilk “Challenge One” peyki də daxil olmaqla 18 ölkəyə məxsus 38 peyk kosmosa buraxılıb.