29 Oktyabr 2014 08:16
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasına seçkilərdə bülletenlərin hesablanmış 97 faizinin nəticəsinə görə Arseniy Yatsenyukun rəhbəri olduğu “Xalq Cəbhəsi” partiyası liderdir.

Teleqraf.com-un Ukrayna MSK-na istinadən verdiyi xəbərə görə, səsvermədə seçicilərin 22,21 faizi “Xalq Cəbhəsi”ni dəstəkləyib, seçicilərin 21,82 faizinin etimadını qazanmış “Pyotr Poroşenkonun bloku” isə ikinci yerdədir.

Lvov meri Andrey Sadovoyun lideri olduğu “Samopomoş” birliyi 11,03 faiz, Yuri Boykonun “Müxalifət bloku” - 9,31 faiz, Oleq Lyaşkonun “Radikal Partiyası” - 7,44 faiz, Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” partiyası isə 5,69 faiz səs toplayıb.


Müəllif:

Oxşar xəbərlər