İranın iki əyalətində koronavirusun dördüncü dalğası başlayıb.
Teleqraf.com "TASS"a istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani məlumat verib.
"Təəssüf ki, iki əyalətdə dördüncü dalğa başlayıb və tibbi protokollara əməl dilməsə bir sıra digər əyalətlərdə də başlaya bilər", - deyə dövlət başçısı bildirib.
İran prezidenti dördüncü dalğanın başladığı əyalətlərin adını açıqlamayıb.