Pakistanda terrorla mübarizə məhkəməsinin hakimi Aftab Afridin həyatına sui-qəsd edilib.
Teleqraf.com xəbər verir ki, hakimin konvoyuna edilən hücum zamanı onun özü ilə yanaşı arvadı, oğlu və qızı da öldürülüb.
Hadisənin Peşavərin 80 kilometrliyində baş verdiyi üzə çıxıb.
Polis rəisi Məhəmməd Shoaib bəyan edib ki, hakim ailəsi ilə birlikdə İslamabada gedirmiş. O əlavə edib ki, sui-qəsdin səbəbləri araşdırılacaq, lakin sui-qəsdin səbəbi keçmiş düşmənçilikdən doğan hadisəyə oxşayır.
Sui-qəsd əməliyyatından sonra hadisə yerindən qaçan şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Hadisə zamanı hakimin iki mühafizəçisi isə yaralanıb.
Pakistan Baş naziri İmran Xan hadisəni pisləyib və bu hadisəni törədənlərin saxlanılaraq ədalət mühakiməsi qarşısına çıxarılacağına söz verib.