5 Aprel 2021 12:55
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasındakı gərginlik artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Donbas təmas xəttindəki hərbi fəallıqdan sonra hər iki tərəfdən yeni addımlar atılıb.

İngilis mətbuatı Rusiya tərəfinin Ukrayna ilə sərhəd bölgəsinə yeni hərbi qüvvə və texnikalar göndərdiyini yazıb. İddiaya görə, Rusiya bölgəyə onlarla tank və zirehli maşın göndərib.

Bu məlumatın yayılmasından dərhal sonra Ukraynadan da oxşar addım atılıb. Ukrayna hökuməti sərhəd və təmas xəttinə onlarla tank göndərib. Ukrayna tərəfinin “T-72” tanklarını bölgəyə qatarla göndərdiyi deyilib.

Rusiyalı hərbi ekspert Pavel Felgenhauer İngiltərənin “The Sun” qəzetinə verdiyi açıqlamada bölgədə artan gərginliyin Avropa müharibəsinə çevrilə biləcəyini söyləyib.

Felgenhauer bu gərginliyin hətta dünya müharibəsinə çevrilmə potensialının olduğunu da istisna etməyib.

Ukrayna baş qərargah rəisi Ruslan Xomçak bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin hərbi təlimləri bəhanə edərək Ukrayna sərhədlərinə qoşun göndərdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər