5 Aprel 2021 16:55
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və Avrasiya məkanında qarşılıqlı fəaliyyət və inteqrasiya məsələlərini müzakirə edəcəklər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Bundan başqa, Dağlıq Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-cii il üçtərəfli bəyanatların icrasının gedişatı, eləcə də regionda mövcud olan, xüsusən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində problemlərin həlli ilə bağlı növbəti addımlar nəzərdən keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər