Koreya Xalq Demokratik Respublikası (KXDR) bu il Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar KXDR-nin Milli Olimpiya Komitəsinin martın 25-i Pxenyanda keçirilən iclasında qəbul edilib.
Bildirilir ki, KXDR idmançılarını koronavirusa yoluxmadan qorumaq üçün Olimpiya Oyunlarında iştirakdan imtina edib.