İşğal edilmiş Donbas bölgəsindəki separatçıların silahlı hücumunda Ukrayna ordusunun iki hərbçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən açıqlama verilib.
Açıqlamada Donbasdakı silahlı separatçıların atəşkəs rejimini pozduğu bildirilib:
“Donbas bölgəsində rusiyameylli separatçıların həyata keçirdiyi hücumda Ukrayna ordusunun 2 hərbçisi həlak olub. Müdafiə bölmələrimiz rus işğalçı qüvvələrini cavab atəşi ilə susdurub”, - açıqlamada qeyd edilib.
Açıqlamada, eyni zamanda, rus separatçılarının son 24 saat ərazində atəşkəs rejimini 7 dəfə pozduğuna diqqət çəkilib.