Hollandiyanın Almere şəhərindəki Ömər ibn əl-Xəttab məscidinə “Müsəlmanlar diri-diri yandırılmalıdır” qeydi olan anonim təhdid məktubu göndərilib.
Teleqraf.com xəbər verir ki, son 6 ildə sözügedən məscidə 3 dəfə hücum təşkil edilib.
Məlumatda bu dəfə məscidə təhdid dolu bir məktubun göndərildiyi deyilib.
Göndərilən məktubda aşağıdakı ifadələrə yer verilib:
“Müsəlmanlar günahkardırlar və diri-diri yandırılmalıdırlar. Bütün məscidlər yandırılmalıdır. Bütün mərakeşlilər və türklər ölkəni tərk etməlidirlər, əks təqdirdə Auşvitsdəki yəhudilər kimi qaz içində boğulacaqlar. Yaşasın zəfər. Adolf Hitler hələ sağdır”.
Məscid vəqfinin rəhbərlərinin polisə şikayət etdiyi və polisin hadisəni araşdırdığı bildirilib.