Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyüqanov onun siyasətdən gedəcəyini elan edən Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin sözlərini “nağıl” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Zyüqanov Jirinovskinin açıqlamasının partiyanın rəhbərliyinin seçilməsinin proseduru ilə heç bir əlaqəsinin olmadığını deyib.
“Jirinovski hər cür dedi-qodu yaya bilər, amma bunun nə mövqeyimizlə, nə işimizlə, nə də partiyamızda mövcud olan nizamla bir əlaqəsi var”, - partiya lideri bildirib.
Zyüqanov Jirinovski ilə görüşmədiyini və onunla partiya məsələlərini müzakirə etmədiyini vurğulayıb.
Bundan əvvəl Jirinovski Zyüqanovun müavini Yuri Afoninin Kommunist Partiyasının yeni lideri ola biləcəyini söyləyib. Dediyinə görə, bu barədə Zyüqanovla danışıb və onun siyasətdən geri çəkilməyə hazırlaşdığını bildirib.
76 yaşlı Gennadi Zyüqanov 1993-cü ildən bəri Rusiya Kommunist Partiyasına rəhbərlik edir.