30 Oktyabr 2014 03:15
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ilə təbii qazın nəqlinə dair sazişi bu gün imzalamaq niyyətindədir.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Hər şey danışıqlardan asılıdır. Biz əvvəlki kimi anlaşma əldə etmək və lazımi sənədləri imzalamaq istəyirik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Rusiya, Ukrayna və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə üştərəfli görüş keçiriləcək. Görüşdə qış aylarında Rusiya qazının Ukraynaya nəqlinin şərtləri müzakirə olunacaq.


Müəllif:

Oxşar xəbərlər