17 Aprel 2021 10:21
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım tatarlarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Eyvaz Umerov Türkiyə Prezidenti Tayyib Ərdoğanı Krım tatarlarının nümayəndə heyəti ilə görüşməyi təklif edib.

Teleqraf.com-un xəbərinə görə, o deyib:

“Türkiyə yarımadada yaşayanların, Ərdoğanın bu qədər çox dəstək verdiyi Krım tatarlarının səsini eşitməlidirlər. Daha aydın anlaşılması üçün Krıma uçmaq və hər şeyi özünüzün yerində görməyiniz faydalı olardı.

Ukraynada yaşayan, Krım tatarları ilə heç bir əlaqəsi olmayan, ekstremist kimi qəbul olunmuş və Rusiyada qadağan edilmiş “Krım-Tatar Xalq Məclisi” təşkilatının liderlərinin Krım tatarları ilə heç bir bağlılığı yoxdur.

Türkiyə Respublikası liderinin Krımdan gələn Krım tatarlarının nümayəndələri ilə ən yüksək səviyyədə görüşməsi iki ölkə arasında daha sıx qarşılıqlı əlaqələrin qurulmasına kömək olardı”.

E.Umerov əmin olduğunu bildirib ki, Türkiyə rəhbərinin praqmatizmi, Rusiya lideri ilə şəxsi münasibətləri yaxın gələcəkdə rol oynayacaq və Krım birmənalı olaraq tanınacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər