Aralıq dənizinin şərqində ən güclü donanma Türkiyəyə məxsusdur.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Hayfa Universitetinin Siyasi və Strateji Araşdırmalar Mərkəzi tərəfindən aparılan tədqiqatda bildirilib.
İsrailli araşdırmaçılara görə, Türkiyə donanması son 20 ildə görünüş və gücünü dəyişdirib.
Araşdırmada Türkiyə Hərbi Dəniz Qüvvələrindəki dəyişikliyin yenilənmiş dəniz strategiyasının bəhrəsi olduğuna diqqət çəkilib və onun Aralıq dənizinin şərqində ən güclü donanma olduğu deyilib.
Bildirilib ki, türk donanması qarşıdakı bir neçə il ərzində inkişaf etdirilmiş 6 sualtı gəmi ilə gücləndiriləcək, beləliklə Türkiyə Hərbi Dəniz Qüvvələri 12-14 qabaqcıl sualtı gəmiyə sahib olacaq. Bununla Türkiyənin bölgədə İsrailə qarşı böyük bir üstünlük qazanacağı qeyd edilib.
Türk donanmasının vurucu qüvvəsi və əks-həmlə qabiliyyətinə diqqət çəkilən araşdırmada Hərbi Dəniz Qüvvələrinin Qara və Aralıq dənizlərində Türkiyəyə bənzərsiz hücum üstünlüyü təmin etdiyi də bildirilib.