Rusiyalı teleaparıcı Vladimir Pozner Aleksandr Puşkinin rus şairi olmadığını iddia edib.
Teleqraf.com xəbər verir ki, jurnalist Puşkinin “Yevgeni Onegin”, “Boris Qodunov” kimi, digər əsərlərinə də heyran olduğunu bildirib.
Bununla belə, Pozner özünü də rus hesab etsə də, Puşkini qeyri-rus şairi hesab etdiyini bildirib.
“Puşkin işıqlıdır, hər sözü ilə gülümsəyir. Məsələn, Lermontov - əladır, amma işıqlı deyil. Amma Puşkin həyatdan ləzzət alır, sanki əbədi rus melanxoliyasına qarşı peyvənddir var və bu, oxucuya təsir edir”, - jurnalist vurğulayıb.
O, Rusiya ədəbiyyatında Puşkindən əvvəl canlı ədəbi dilin olmadığını söyləyib.
Pozner Puşkinin “rus olmaması”nı onun poztivi əhval-ruhiyyədə yazması ilə əlaqələndirib. O hesab edir ki, poztivlik Rusiya insanı üçün qeyri-adi bir şeydir.