18 Aprel 2021 18:58
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Taliban" və digər əfqan silahlı birləşmələrinin nümayəndələri ABŞ-da 2001-ci ilin 11 sentyabrında baş vermiş silsilə terror aktlarında iştirak etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai bildirib.

"Mən əminliklə deyə bilərəm ki, nə "Taliban", nə də hər hansı başqa əfqan təşkilatı bu terror aktları ilə hər hansı əlaqəyə malikdir. Nyu-York, Vaşinqton faciəsi bütün Amerika üçün faciə oldu, o cümlədən bizim üçün. Amma mən dəqiq deyə bilərəm ki, Əfqanıstan bütün şəraitin qurbanı oldu", - Kərzai deyib.

11 sentyabr 2001-ci ildə kamikadzelər iki sərnişin təyyarəsini oğurlayıblar və təyyarələri Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qoşa binalarına çırpıblar. Nəticədə binalar tamamilə dağılıb. Terrorçuların olduğu daha bir təyyarə Pentaqonun binalarından birinə çırpılıb, dördüncü layner Pitsburq şəhəri ətrafında yerə düşüb. Terror aktları zamanı ümumilikdə 2 982 nəfər həlak olub.


Müəllif: Teleqraf.com