30 Oktyabr 2014 09:07
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir silah qaçaqmalçılığının qarşısını almaq məqsədilə Qəzza zolağında planlaşdırılan 500 metrlik bufer zona üçün sərhəddəki evləri sökməyə başlayıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunun üçün Misir hökuməti qəzzalılara evlərini tərk etmək üçün 48 saat möhlət verib. Hökumət bunun qarşılığında evləri sökülənlərə təzminat ödənilməsini də vəd edib.

Tampon bölgədə yeraltı tunellərin qazılmasının qarşısının alınması üçün su dolu xəndəklərin qazılması da nəzərdə tutulub.

Bu arada Misir mediası Qəzza hakimiyyətini Sina militanlarını dəstəkləməkdə ittiham edib. Həmas isə bu ittihamları rədd edib.

Qeyd edək ki, ötən həftə Sina yarımadasında Misir ordusuna məxsus hərbi bazaya hücum zamanı 30 misirli əsgər həlak olub. Bu hadisədən sonra Misir hökuməti tampon bölgənin yaradılmasının vacibliyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər