21 Aprel 2021 12:00
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Dehlidən Honkonqa uçan təyyarədə sərnişinlərin hamısının COVID-19 testi pozitiv çıxıb. Bundan dərhal sonra Honkonq Hindistandan olan bütün təyyarə reyslərini dayandırdığını elan edib.

Teleqraf.com xəbər verir ki, təyyarənin 180 sərnişin üçün nəzərdə tutulduğu məlum olsa da, Yeni Dehlidən Honkonqa uçuş zamanı göyərtədə nə qədər sərnişinin olması açıqlanmayıb.

Amma ehtimal edilir ki, təyyarədə təxminən 50 nəfər sərnişin olub. Bu sərnişinlər Hindistanın turizm operatoru Vistaranın müştəriləri olub.

Honkonqun məsələyə ciddi yanaşmasına səbəb bu ölkədə gündəlik yoluxma sayının 49 nəfərdən az olması ilə bağlıdır. Bu günə qədər Honkonqda 205 insan virus səbəbindən vəfat edib, ümumi yoluxanların sayı isə 12 mindən azdır.

Hadisədən dərhal sonra Honkonq Hindistanla yanaşı Pakistan və Filippinlə də uçuşları iki həftə ərzində dayandırdığını elan edib.

Xatırladaq ki, Hindistan pandemiyadan ən çox təsirlənən ölkələr siyahısındadır. Burada günlük yoluxma 259 mini keçib. Ümumilikdə virusdan vəfat edənlərin sayı 180 mindən çoxdur.

1,4 milyard əhalisi olan Hindistanda 127 milyondan çox insan peyvənd edilib.


Müəllif: Cavad