22 Aprel 2021 12:51
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qara və Xəzər dənizlərindəki donanmalarının gəmiləri digər hərbi hissələrin iştirakı ilə Kerç boğazında təlimlər keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Cənub Hərbi Dairəsi qüvvələri və hava-desant qoşunları tərəfindən aparılan hərbi təlimlər Krım yarımadasındakı Kerç boğazının girişinə yaxın bölgədə yerləşən Opuk poliqonunda başlayıb.

Təlimin əsas mərhələsinin başlandığı və Rusiya donanmasına məxsus gəmilərin üzməyə başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, ümumi birliklər, hava və kosmik qüvvələr, hava hücumundan müdafiə sistemləri, döyüş gəmiləri, Qara dəniz donanmasının bəzi sahil birlikləri, Xəzər dəniz donanmasının birlikləri və hava-desant qoşunları təlimlərdə iştirak edirlər.

Rusiyanın Cənub Hərbi Dairəsinin 50-dən çox döyüş təyyarəsi qanunsuz olaraq ilhaq edilən Krımda yerləşdirildiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər