24 Aprel 2021 20:00
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin 11 sentyabra qədər Əfqanıstandan çıxacaqlarını elan etməsindən sonra Pentaqon hərbi təchizatlarını ölkədən çıxarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, adları açıqlanmayan ABŞ-ın yüksək çinli üç hərbçisi Əfqanıstandan çıxma mərhələsi barədə CNN-ə danışıb.

Rəsmilərdən biri ABŞ-ın Əfqanıstandan çıxma mərhələsində yerində məhv edilməyən silahların və Əfqanıstan qüvvələrinə təslim edilməsi mümkün olmayan təchizatın gəmilərə yüklənərək çıxarılmağa başlandığını elan edib.

O, istifadəsi mümkün olmayan silahların yerində məhv ediləcəyini deyib.

Başqa bir ABŞ rəsmisi Əfqanıstanda olan 2500 hərbçinin bir neçə həftə ərzində çıxarmağa başlanılacağının anonsunu verib.

Qeyd edək ki, Pentaqon Əfqanıstandan çıxma mərhələsində ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bölgədə postlar qurmasına icazə verib.

Talibanın ABŞ birliklərinə hücum etməsi durumunda manevr etmək məqsədilə bölgədə qırıcılar yerləşdirilib.

Qeyd edək ki, bununla da ABŞ 20 illik müharibədən sonra Əfqanıstandan çıxır.


Müəllif: Cavad

Oxşar xəbərlər