26 Aprel 2021 12:23
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Fransa və Yaponiya Tokionun cənub-qərbində hərbi təlimlər keçirəcək.

Teleqraf.com-un məlumatına görə, Yaponiya Müdafiə naziri Kişi Nobuo bildirib ki, 11-17 mayda Fransa və ABŞ-la birlikdə ortaq hərbi təlimlərə başlayacağıq.

Üç ölkənin quru qoşunları ilk dəfə böyük masştablı ortaq təlimlər keçirəcək.

Onun sözlərinə görə, uzaq adaların qorunması çərçivəsində Yaponiya, ABŞ və Fransa arasında əməkdaşlıq gücləndiriləcək: "GSDF-nin taktiki, qabiliyyətini inkişaf etdirməyi hədəfləyirik".

Məlumat üçün bildirək ki, Çinin fevralın 1-də qəbul etdiyi qanuna əsasən öz sahil təhlükəsizliyi və sularına əmr, şərtlərə tabe olmayan əcnəbi gəmirlərin girişinə qarşı silah tətbiq etməyə icazə verilib. Ekspertlər bu qanunun Çinə Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafını müşahidə edən Yapon gəmilərini hədəfə ala bilmək imkanı tanıyıb.


Müəllif: Cavad

Oxşar xəbərlər