Qara dənizdəki gərginlik Aralıq dənizinə sıçrayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya mətbuatı ABŞ hərbi gəmilərinin Suriyadakı Rusiya dəniz bazasını mühasirəyə almağa çalışdığını iddia edib.
İddiaya görə, Rusiya donanması digər tərəfdə Ukrayna gəmilərinin Azov və Qara dənizə girməsinin qarşısını almağa başlayıb. İddiada yaxınlıqda xidmətdə olan ABŞ-ın hərbi gəmilərinin Rusiya bazasına yaxın ərazilərə yönləndirildiyi qeyd edilib.
Məlumatın doğruluğu ilə bağlı rəsmi açıqlama olmasa da, Rusiya və ABŞ arasında artan gərginlik narahatlıq yaratmağa başlayıb. Tərəflər arasındakı gərginliyin artmasına səbəb olan amil Rusiyanın Ukrayna sərhədlərindəki hərbi qüvvələrinin sayını artırması olub.
Qeyd edək ki, məlumatın mənbəyi Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan Avia.pro saytdır.