30 Oktyabr 2014 16:32
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Avropa İttifaqı və Ukrayna arasında Rusiya qazının təminatı ilə bağlı danışıqlar bu gün davam etdirilir.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, dünən bərpa edilən müzakirələr zamanı razılıq əldə edilməyib.

Məsələ ilə bağlı Ukraynanın energetika naziri Yuri Proqan və rusiyalı həmkarı Aleksandr Novak Brüsseldə Avropa İttifaqının vasitəçisi Qunter Ottinqerlə görüşüb.

Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso razılığın əldə edilməsi üçün lazimi nəticələr əldə edildiyini bildirib. O, tərəfləri müzakirələri yekunlaşdırmağa çağırıb.

Rəsmilər bu gün axşam saatlarında Ukraynaya qaz nəqli ilə bağlı razılığın əldə olunacağını ümid edirlər.

Qeyd edək ki, Rusiya qaz nəqlinin bərpası üçün əvvəlcədən ödəniş edilməsini tələb edib. Kiyev isə bu vəsaiti ödəmək üçün Avropa İttifaqından 2.5 milyard dollarlıq kredit almaq fikrində olduğunu açıqlayıb.
Son 10 ildə Rusiya artıq 3-cü dəfədir ki, Ukraynanın qaz təminatını dayandırır.

Samir


Müəllif:

Oxşar xəbərlər