27 Aprel 2021 21:45
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqaüdçü generallar Fransanın “islamçı qruplaşmalar”la vətəndaş müharibəsi ərəfəsində olduğu barədə xəbərdarlıq ediblər.

Teleqraf.com xəbər verir ki, 80 hərbçinin imzaladığı məktub ötən həftə yayımlanıb.

Məktubda radikalların Fransanın bütün bölgələrini ələ keçirdikləri və orada ölkənin konstitusiyasına zidd olaraq öz düzənlərini qurduqları bildirilib.

Generallar qeyd ediblər ki, baş verənlər sosial təlatümlərə və vətəndaş müharibəsinə səbəb ola bilər, bu da minlərlə qurban deməkdir.

Fransa Milli Cəbhə partiyasının lideri Mari Le Pen də, baş verənlərdən narahatlığını dilə gətirib, ordunu “Fransa uğrunda mübarizə”yə qoşulmağa çağırıb.

Emmanuel Makron hökuməti generalların məktubunu fansız ordusunun 1961-ci ildə Əlcəzairdəki uğursuz çevriliş cəhdi ilə müqayisə edərək, o zamankı ölkə lideri Şarl de Qollun Afrika ölkəsinə müstəqillik verməsi qərarı ilə qınayıb. Müdafiə naziri Florens Parli də, istefada olan generalların artıq Fransa Silahlı Qüvvələrində heç bir rol oynamadıqlarına və bu məktubun yalnız onların baxışlarını əks etdirdiyini bildirib. Parli, eyni zamanda, Le Peni tənqid edərək, siyasətçini ordu haqda məlumatsızlıqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər