ABŞ Prezidenti Co Bayden mayın 21-i Ağ Evdə Cənubi Koreyanın Prezidenti Mun Çje İni qəbul edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Vaşinqton Administrasiyasının mətbuat katibi Cen Psakinin bəyanatında deyilir.
"Prezident Bayden 2021-cil mayın 21-i Ağ Evdə Koreya Respublikasının Prezidenti Mun Çje İn ilə görüşməyi səbirsizliklə gözləyir. Prezident Munun səfəri ABŞ ilə Koreya Respublikası arasındakı sarsılmaz müttəfiqliyin, hökumətlərimiz, xalqlarımız və iqtisadiyyatlarımız arasındakı geniş və dərin əlaqələri vurğulayacaq. Prezident Bayden ittifaqımızı daha da gücləndirmək və sıx əməkdaşlığımızı genişləndirmək üzrə prezident Mun ilə birgə fəaliyyətə ümid edir", - bəyanatda qeyd olunub.