1 May 2021 10:55
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda 1-2 may tarixlərində Tacikistanla sərhəddə silahlı qarşıdurmada ölənlər üçün matəm elan edilib.

Teleqraf.com xəbər verir ki, müvafiq sərəncam respublika Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.

29-30 apreldə baş verən silahlı qarşıdurma nəticəsində həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında çoxsaylı itki və xəsarət olduğu bildirilib. Hadisənin həmçinin bölgədə əhəmiyyətli maddi ziyanla nəticələndiyi deyilib.

Japarov qurbanlarına görə kədərləndiyini, onların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirib.

Matəm günlərində Qırğızıstanın hər yerində, eyni zamanda, xaricdəki diplomatik və konsulluq ofislərinin binalarında dövlət bayraqlarının endirilməsinə qərar verilib.

Dünən Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emomali Rəhmon iki ölkənin sərhədində başlayan silahlı qarşıdurmanı müzakirə edib. Qırğızıstan liderinin mətbuat xidməti prezidentlərin bölgədəki mövcud gərginliyin müzakirə olunduğunu və may ayının ikinci yarısında Düşənbədə görüşməyə razılaşdıqlarını açıqlayıb.

Bu gün gərginliyin baş verdiyi Batken bölgəsində sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı hökumət nümayəndə heyətlərinin danışıqları keçiriləcək.

Tacikistan və Qırğızıstan sərhədindəki qarşıdurma ayın 29-da sərhədçilərin atışması ilə başlayıb və genişmiqyaslı döyüşlərə keçib. Səbəb iki ölkə arasında Qolovnoy su paylama məntəqəsi ilə bağlı uzun müddətdir davam edən ərazi mübahisəsi dur. Son məlumatlara görə, Qırğızıstanda 30-dan çox insan ölüb, 150-dən çox insan yaralanıb.

Tacikistan tərəfdən 8 nəfər qurban var, 110 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər