1 May 2021 17:30
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriyadakı qanadı ABŞ-ın paytaxtı Vaşinqtonda ilk dəfə bir lobbi şirkəti ilə anlaşma əldə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Lobby” məlumat yayıb.

Mənbə terror təşkilatının “Jim Dornan Strategies” adlı şirkətlə aprelin 30-da anlaşma əldə etdiyini yazıb.

Məlumata görə, anlaşmada adı “Kürd Müdafiə Qüvvələri” qeyd edilən YPG Vaşinqtondakı “İŞİD terror təşkilatına qarşı mübarizə” məsələsi ilə bağlı lobbi fəaliyyətlərini Respublikaçılar Partiyasına yaxın şirkət vasitəsi ilə həyata keçirəcək.

Məlumatda müqavilənin detalları yer almayıb və PYD-nin siyasi qolu olan Suriya Demokratik Şurasının (SDC) keçən yay Vaşinqtonda “AF International” lobbi şirkəti ilə razılaşma əldə etdiyi qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər