1 May 2021 19:02
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda koronavirus epidemiyasına gündəlik yoluxma sayı 400 mini keçib.

Teleqraf.com ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 401 min 993 yeni yoluxma qeydə alınıb, 3 min 523 nəfər xəstəlikdən ölüb.

Eyni gündə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Reanimasiya şöbəsində gecə başlayan yanğında ikisi səhiyyə işçisi olmaqla 18 nəfər ölüb. İlk ehtimala görə, yanğın elektrik sistemindəki qısa qapanma səbəbindən baş verib.

Beləliklə, ölkədə ümumi yoluxma sayı 19 milyon 164 min 969-a yüksəlib, ölüm sayı 211 min 853-ə çatıb. Müalicə olunan xəstələrin sayı isə 3 milyon 268 min 710 olub.

Nazirlik ölkədə tətbiq olunan peyvənd sayının 154 milyon 989 min 635 doza çatdığını açıqlayıb.

Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd olan ölkədir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər