Moskva 2015-ci ildə milli təhlükəsizliyə və Rusiyanın konstutision düzəninə təhdid yaratdığı ittihamı ilə “xaos imperatoru” və “inqilab dəllalı” adıyla tanına macar əsilli amerikalı spekulyator milyarder Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondlarının fəaliyyətini qadağan etmişdi.
Teleqraf.com xəbər verir ki, Sorosun rəhbərlik etdiyi fondla bağlı açıqlama verən Rusiya Təhlükləsizlik Şurasının rəhbəri Nikolay Patruşevin təşkilatının xarici ölkələrdəki “məxməri inqilab”lar və ABŞ-dakı son küçə nümayişlərində əlinin olduğunu söyləyib.
“Bildiyiniz kimi, külək əkən fırtına biçər. Xarici ölkələrdəki “məxməru inqilab”ların arxasındakı Soros və fondu ABŞ-da da küçə nümayişlərini qızışdırdı. Hələ də öz fondu və layihələrini məhdudlaşdırmaq planı yoxdur. Əksinə, bunlara sistemli xarakter qazandırmağa çalışır”, - Patruşev bildirib.
O, Soros və vəkillərinin hökumətlərin “narahatedici” elan ediləcəyi kriteriyalar hazırladığını vurğulayıb. Patruşev, eyni zamanda, iddia edib ki, Qərb bir sıra suveren ölkələrə qarşı sanksiyalar tətbiq etməyə, onlara qarşı hərbi əməliyyatlara hazırlaşır. O, bunun çox yaxında baş verəcəyini deyib.