4 May 2021 15:15
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Sergey Markov Feysbuk sosial şəbəkəsində Ermənistanın Azərbaycanın Ağdam rayonunda törətdiyi vəhşilikdən yazıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssis ermənilərin Ağdamı xarabalığa çevirdiyini, hazırda bu rayonda həyat əlamətinin olmadığını bildirib.

“Qarabağın Ağdam rayonundakı Mədəniyyət Sarayının qalıqları... 200 min əhalisi olan çiçəklənən şəhər 25 ildən çoxdur məhv edilib və boş qalıb. Sakinlərin hamısı qırğınlar və etnik təmizləmə təhdidi altında öz yerlərindən didərgin düşüblər. Bu dörddə bir əsr ərzində Ağdamda heç kim məskunlaşmayıb.

İşğalçı (Ermənistan) şəhəri boş saxladı. Vəhşilik insanı şoka salır, gördükdən sonra insanlıqdan məyus olmağa başlayırsınız. Ümid edirik ki, tezliklə mədəniyyət Ağdama qayıdacaq”, - Markov qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər