4 May 2021 23:56
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aeronavtika və Milli Kosmos İdarəsi (NASA) tərəfindən hazırlanan asteroid zərbə simulyasiyasına görə, bir meteorit Yer kürəsinə çırpılarsa, müasir texnologiyalar bunun qarşısını almaq üçün kifayət etməyəcək.

Teleqraf.com xəbər verir ki, ABŞ və Avropanın kosmos agentliklərindən olan bir qrup mütəxəssis NASA tərəfindən hazırlanmış bir həftəlik simulyasiyaya qatılıb.

Simulyasiya ssenarisinə görə, 35 milyon mil uzaqlıqdakı bir asteroid dünyaya yaxınlaşır və altı ay ərzində Yerə çırpılır.
Mütəxəssislər asteroidin ölçüsü, orbiti və təsir sahəsi barədə bütün hesablamaları aparıblar. Simulyasiyanın altı aylıq vaxt çərçivəsini nəzərə alaraq, Yerdəki mövcud texnologiyaların heç birinin asteroidə mane ola bilməyəcəyi müəyyən edilib.
Məlum olan asteroidlərdən bəzilərinin zərbə gücünün bir qitəni yox edə biləcəyi iddia olunub.

Ssenariyə görə, asteroid Şərqi Avropanı vurub. Xoşbəxtlikdən elm dünyasına məlum olan heç bir asteroid bu şəkildə Yer üçün təhlükə yaratmır. Amma 140 metr və ya daha böyük asteroidlərin təxminən üçdə ikisi hələ kəşf edilməyib. Bu səbəbdən NASA və digər təşkilatlar belə bir vəziyyətə hazırlaşmağa çalışırlar.

Asteroidlərin əksəriyyəti radarın altından uçur və əksəriyyəti çox gec aşkarlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər