BMT-nin Yaxın Şərq üzrə sülh prosesinin xüsusi nümayəndəsi Tor Vennesland İsrail və Fələstin arasında çıxan qarşıdurmanı dayandırmaq çağırışı edib.
Teleqraf.com xəbər verir ki, xüsusi nümayəndə prosesin tammiqyaslı müharibəyə sürükləndiyinə dair xəbərdarlıq edib.
“Yanğını dərhal dayandırın, tammiqyaslı müharibəyə doğru sürüklənirsiniz”, - xüsusi nümayəndə bəyan edib. Bütün tərəfləri gərginliyi azaltmaqda məsuliyyət daşıdığını bildirən Vennesland əlavə edib ki, müharibəyə sürüklənən dağıntıların qiymətini xalq ödəyir.