ABŞ Maliyyə Nazirliyi Livandakı “Hizbullah”ın ümumi büdcəsinə və xərclərinə nəzarət edən “Hizbullah”ın Mərkəzi Maliyyə Ofisinin rəhbəri İbrahim Əli Daher daxil olmaqla, Hizbullahla əlaqəli 7 nəfərə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-dan Hizbullah və maliyyə firması Al-Qard ll-Həssən (AQAH) ilə bağlı şəxslər sanksiya altına salınıb.
Sanksiyalara məruz qalanlar Əhməd Məhəmməd Yazbek, Abbas Həsən Gharib, Vahid Subaytı, Mustafa Həbib Hərb, Ezzat Yousif, Akar və Həsən Kehadeh Othmandır.