12 May 2021 19:50
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanda yeddi nəfər faciəvi şəkildə ölüb.

Teleqraf.com xəbər verir ki, davamlı leysan yağışlar səbəbindən yaranan sel Tacikistanda yeddi nəfərin ölümünə səbəb olub.

Ölkənin Fövqəladə Vəziyyət və Mülki Müdafiə Komitəsi bəyan edib ki, dağlıq bölgələrdə yaöışdan sonra meydana gələn sel ciddi fəsadlar törədib. Sel səbəbindən Hatlan, Kulyab və Hisar bölgələrində 7 nəfər həyatını itirib. Onların 5-i sel zamanı avtomobildə olub və fəlakətdən xilas ola bilməyiblər. Bununla yanaşı sel çox sayda evi və infrastrukturu məhv edib.


Müəllif: Cavad