İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın tarixən çətin münasibətləri olduğu Riyada yaxınlaşmağa hazır olduğunu deyib.
Teleqraf.com-un məlumatına Zərif bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə həmişə hazırıq.
Bundan əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə televiziyasına verdiyi müsahibəsində İranla yaxşı münasibətlər qurmağın mümkünlüyünü dilə gətirmişdi. İran Xarici İşlər Nazirliyi isə vəliəhdin bu açıqlamasını dəstəklədiyini bəyan etdi.