13 May 2021 14:18
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 13-də İstanbulun Ayasofya məbədində 87 il sonra ilk bayram namazı qılınıb.

Teleqraf.com xəbər verir ki, COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində keçirilən ibadət mərasimində Türkiyə Böyük Millət Məslisinin sədri Mustafa Şentop, qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, İstanbul valisi Ali Yerlikaya və çox sayda vətəndaş iştirak edib.

Xatırladaq ki, keçən il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər